İranda terrorçular görkəmli nüvə alimini öldürdülər –DETALLAR

İranın Müdafiə Nazirliyi qurumun Araşdırma və İnnovasiya Təşkilatının rəhbərinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, bu gün günorta saatlarında silahlı şəxslər Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib.

Qeyd olunub ki, mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində M. Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır” –

Sonrakı məqalə

Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb