İranın Sistan-Bəlucistan vilayətindəki Saravan şəhərində törədilən terror aktı nəticəsində 3 nəfər həlak olub.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda deyilir ki, terrorçular Saravan şəhərinin mərkəzi meydanına silahlı hücum edib. Vilayətdə xidmət edən SEPAH-ın əsgərləri ilə terrorçular arasındakı silahlı toqquşmada yoldan keçən 3 nəfər həlak olub. Hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, İranın bu vilayətində separatçı qüvvələrin olması haqqında məlumat çoxdan var. Sistan-Bəlucistan vilayəti Pakistan və Əfqanıstanla həmsərhəddir.