İran ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Şahram Poursəfi adlı üzvünün Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeoya qarşı sui-qəsd cəhdi ilə bağlı iddialarını “gülünc və əsassız” adlandırıb.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənaniyə istinadən məlumat yayıb.
“Tehran bu gülünc və əsassız ittihamları bəhanə edərək İran vətəndaşlarına qarşı hər hansı hərəkətə qarşı qəti xəbərdarlıq edir”, – XİN rəsmisi bildirib.
Azpost.info
