İrandan İordaniyaya 20 raket atıldı– 18-i havada məhv edildi

İordaniya bildirib ki, İran ərazisindən ölkənin istiqamətinə 20 ballistik raket buraxılıb. Onlardan 18-i hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib, ikisi isə yaşayış məntəqələrindən kənarda yerə düşüb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İordaniya ərazisinə doğru buraxılan 20 İran raketindən 18-i hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq məhv edilib. Digər iki raket isə yaşayış məntəqələrindən uzaq ərazilərə düşüb.

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.