İranın Ali lideri yanında Məsləhət Şurasının üzvü koronavirusdan ölüb

İranda koronavirusa yoluxmuş yüksək vəzifəli məmur ölüb.

APA-nın xəbərinə görə, yerli “Fars” agentliyi məlumat yayıb ki, İranın Ali lideri yanında Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi bu gün dünyasını dəyişib.

Ölümün dəqiq səbəbi bilinir. Lakin agentlik qeyd edir ki, həmin şəxsdə koronavirus aşkarlanıb və o, martın 1-də Tehranda xəstəxanaya yerləşdirilib.

72 yaşlı M.Mirməhəmmədinin məhz koronavirusdan öldüyü ehtimal edilir.

Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma ilk dəfə fevralın 19-da Qum şəhərində qeydə alınıb. Rəsmi məlumatlarda indiyədək İranda 978 yoluxmanın qeydə alındığı, ən azı 54 ölüm faktının baş verdiyi açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Şah İsmayıl Xətainin heykəlini ziyarət etdi

Sonrakı məqalə

“Suriyalı qaçqınlara Avropanın qapılarını açan kimi zəng zəng dalınca gəlir”