Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İranın Azərbaycanın torpaqlarında gözü yoxdur” –

User 23 Noyabr 2022 - 17:56 (Last updated: 21 May 2025 - 20:15)
iran xin rehber

Biz Azərbaycan və Ermənistanı İranın qonşuları hesab edirik.

Bunu bu gün keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Münasibətlərimizi heç vaxt bir tərəfin digərindən üstünlüyü ilə tənzimləmirik”, – İran XİN rəhbəri qeyd edib.

O, ötən ay Ermənistana səfər etdiyini xatırladıb və əlavə edib ki, Ermənistanın Baş naziri Paşinyan isə Tehrana səfər edib, Azərbaycanın bəzi media dairələri buna reaksiya verib.

“Mən təkidlə vurğulayıram ki, biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Bu, qarşılıqlı maraqlara və qonşularla münasibətlərdə prioritet siyasətə əsaslanır”, – Hüseyn Əmir Abdullahian vurğulayıb.

Nazirin sözlərinə görə, İranın qonşu dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının torpaqlarında heç bir marağı, gözü yoxdur: “Lakin biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bəyan etmişik ki, regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik dövlət tərəfindən ciddi reaksiya ilə qarşılanacaq”.

Hüseyn Əmir Abdullahian deyib ki, belə bir fikrin olmadığına dair onları əmin ediblər.

“Biz Azərbaycan və regionun digər ölkələri ilə münasibətlərimizi qonşuluq, qardaşlıq prinsipi ilə davam etdiririk”, – XİN rəhbəri diqqətə çatdırıb. (APA)

Post navigation

Previous: Rusiya Kiyevi və digər şəhərləri raket atəşinə tutub –
Next: Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü olub

Oxşar xəbərlər

fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.