Rusiya Kiyevi və digər şəhərləri raket atəşinə tutub –Ölənlər və yaralananlar var, elektrik kəsilib

Rusiya ordusu Kiyev şəhərinə raket zərbələri endirib.

Azpost.info UNİN-a istinadən bildirir ki, Kiyevə hava zərbələri nəticəsində ölənlər və yaralananlar var.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Twitter”də bildirib.
“Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Kiyev vilayəti üzrə Milli Polis İdarəsinin rəisi Andrey Nebitov da ölənlərin olduğunu bildirib.

Günorta saatlarından etibarən Rusiya qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə kütləvi zərbələr endirib.
Ukraynanın qərbində yerləşən Lvov şəhərinin elektrik təchizatı hədəf alınıb. Lvovun meri Andrey Sadovıy bütün şəhərin elektriksiz qaldığını bildirib və sakinləri sığınacaqlara getməyə çağırıb.
Kiyevin meri bildirib ki, şəhərin kritik infrastruktur və yaşayış binaları vurulub.
Kiyev və Lvovdan gələn yeni xəbərlərdən bir qədər əvvəl isə rəsmilər Ukraynanın cənubunun yenidən hücumlara məruz qaldığını bildiriblər. Nikolayev vilayətinin qubernatoru cənub və şərqdən gələn çoxlu raketlər barədə xəbərdarlıq edib.

Lvov, İvano-Frankivsk, Kiyev, Vinnitsa, Nikolayev, Çerkassı və Xersonun zərbələrə məruz qaldığı bildirilir.

Əvvəlki məqalə

“Ərdoğan-Əsəd görüşü Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta bilər”

Sonrakı məqalə

“İranın Azərbaycanın torpaqlarında gözü yoxdur” –