“İranın çiçəklənməsini istəyirəm, lakin onların nüvə silahı ola bilməz” –Tramp

ABŞ administrasiyası İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

APA xəbər verir ki, bu barədə cümə günü ABŞ prezidenti Donald Tramp açıqlama verib.

“İstəyirəm ki, onların nüvə silahı olmasın. Mən İranın gözəl, böyük, xoşbəxt ölkə olmasını istəyirəm. Lakin onların nüvə silahı ola bilməz və biz şənbə günü onlarla məsləhətləşəcəyik. Bizim onlarla böyük bir görüşümüz var. Mən İranın çiçəklənməsini istəyirəm, lakin onların nüvə silahı ola bilməz”, – Tramp bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.