İranın Danimarkadakı səfirliyinin sabiq əməkdaşı Tehranda həbs olunub

- SƏBƏB
21 Noyabr 2019 - 15:16

İranın Danimarkadakı səfirliyinin sabiq əməkdaşı Tehranda həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Məhkəmə Sistemi sözçüsü Qulamhüseyn İsmaili deyib.

Q.İsmaili deyib ki, həbs olunan şəxs Tehranda yanacağın bahalaşmasından sonra baş verən iğtişaşlara çağırış edərək, İmam Əli adına magistral yolu bağlamağa cəhd göstərib.

Onun sözlərinə görə, İranın Danimarkadakı səfirliyinin sabiq əməkdaşı olmuş bu şəxsin evində axtarış zamanı casusluğa aid texnika və elektronik avadanlıqlar tapılıb.

Saxlanılan şəxsin adı açıqlanmasa da, ötən gecə həbs olunduğu vurğulanıb.