“İranın milli təhlükəsizliyinə heç bir ölkə qəsd edə bilməz”- XİN rəhbəri

“İran öz milli təhlükəsizliyinə heç bir ölkənin qəsd etməsinə icazə verməyəcək”.

Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, İran konstitusiyası dinc etirazı xalqın hüququ kimi müəyyən edir. Lakin bu, İranın təhlükəsizliyinə, eləcə də xalqının can və malına yönəlmiş üsyançıların və terrorçuların fəaliyyətindən ayrı nəzərdən keçirilməlidir.

Nazir İrandakı iğtişaşların qiymətləndirilməsində Qərbin ikili standartlarını tənqid edib: “Təəccüblüdür ki, Avropada iğtişaşlara nəzarət məqbul praktika, İranda isə repressiya sayılır”.

Qeyd edək ki, sentyabrın 13-də hicab taxma qaydalarına əməl etmədiyi üçün Tehran polis idarəsinə aparılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranın bir sıra şəhərlərində iğtişaşlar başlayıb. Polis idarəsində Əmininin halı  pisləşəndən sonra o, xəstəxanaya aparılıb və sentyabrın 16-da orada ölüb.

İran prezidenti İbrahim Rəisi hadisənin hərtərəfli araşdırılmasına göstəriş verib.

Azpost.info

Əvvəlki məqalə

MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb

Sonrakı məqalə

“Bu qərarın nəticələrini görəcəklər” –