“Bu qərarın nəticələrini görəcəklər” –Bayden Səudiyyə Ərəbistanını hədələdi

“Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinin lobbiləşdirdiyi neft hasilatını azaltmaq barədə qərarının “nəticələri”ni görəcək”. 

Azpost.info bildirir bu sözləri ABŞ prezidenti Bayden CNN-ə müsahibəsində deyib. Prezident bununla bağlı ətraflı açıqlama verməkdən imtina edib.

“Rusiya ilə birgə elədiklərinin bəzi əks-sədaları olacaq” -deyə Bayden vurğulayıb.

O əlavə edib ki, Konqres öz işini bərpa etdikdə birgə işləmək niyyətindədir: “Mən nəyi nəzərdə tutduğum barədə danışmayacağam, amma bunun nəticələri olacaq”, – prezident deyib.

Keçən həftə OPEC+ ittifaqına daxil olan neft hasil edən ölkələr 2020-ci ildə pandemiyanın başlanmasından bəri Vyanada keçirilən ilk üzbəüz görüşdə hasilatı noyabr ayından başlayaraq gündə iki milyon barel azaltmağa razılaşıb. OPEC razılaşmanı 2023-cü ilin sonuna qədər uzadıb.

Əvvəlki məqalə

“İranın milli təhlükəsizliyinə heç bir ölkə qəsd edə bilməz”

Sonrakı məqalə

Dövlətin verdiyi evlərdə yaşamayan məcburi köçkünlər oradan çıxarılıb –