İranın nüvə mərkəzində təxribat törədən şəxs ölkəni tərk edə bilib –

Tehran Rza Kərimini axtarır (FOTO)
17 Aprel 2021 - 23:23

İran Natanzdakı nüvə mərkəzində təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb.

Bu barədə İranın dövlət  televiziyası İRİB məlumat yayıb. Bildirilib ki, nüvə təsisatında təxribat törətməkdə şübhəli bilən şəxs 43 yaşlı Rıza Kərimidir. O bu təsisatda çalışıb. Təhlükəsizlik qüvvələri tərəfindən onun kimliyi aşkar edilən kimi Rıza Kərimi İranı tərk edib.

“Onun həbsi və ölkəyə qaytarılması üçün bütün lazımı və hüquqi addımlar atılır”, – deyə İran televiziyası bildirib.

Xatırladaq ki, ötən həftə İranda Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.   İran hökuməti bunu təxribat adlandırıb və İsraili günahlandırıb.