“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı hazırkı formada təkcə İran üçün deyil, həm də Rusiya üçün faydalıdır”.
Azpost.info xəbər verir ki, bunu İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu bildirib.
Fox News-a müsahibəsində o qeyd edib ki, əgər nüvə sazişi nə vaxtsa imzalanarsa, bu, təkcə İrana deyil, həm də Rusiya xəzinəsinə yüz milyardlarla dollar gəlir gətirəcək.
Netanyahu həmçinin deyib ki, İrana və sanksiyaların ləğvinin tərəfdarı olanlara qarşı sərt sanksiyalar tətbiq edilməlidir.
Azpost.info