İranın XİN başçısı Azərbaycanla münasibətlərdə yaranmış gərginliklə bağlı açıqlama verib

03 Oktyabr 2021 - 15:22

İran İslam Respublikası öz sərhədləri yaxınlıqda saxta “sionist rejimin” mövcudluğuna və onun təxribatçı hərəkətlərinə, bölgədə və sərhədlərində geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcək.

İRNA agentliyi xəbər verir ki, bunu şənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan bildirib.

“Qarabağın azad edilməsindən sonra bədbəxt hadisələr baş verib… İsrail bu fürsətdən maksimum istifadə etməyə çalışıb və İranın sərhədlərinə yaxınlaşmaq üçün uğursuz cəhdlərində sonra Azərbaycanın bir sıra bölgələrində mövqə qurub”, – deyə İranlı nazir dövlət televiziyasının canlı yayımında bildirib. O əlavə edib ki, İran o vaxtdan bəri “sionist rejimin” sərhədi yaxınlığında olmasından narahatlığını ifadə edir. “Bunu diplomatik kanallarımız vasitəsi ilə Azərbaycan hakimiyyətinə də bəyan etdik”, – o vurğulayıb.

Xarici işlər naziri İrandan “Ermənistana və Qarabağa enerji resursların tədarükü ilə əlaqədar son problemlərə” işarə edərək, Azərbaycanda iki iranlı sürücünün həbs olunmasını qəbuledilməz adlandırıb.

“Biz Azərbaycanla bağlı vəziyyəti başa düşürük və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq”, – o vurğulayıb. “Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir siqnal ötürdük”, – deyərək, o əlavə edib ki, xarici oyunçuların Tehranla Bakı arasındakı münasibətlərə təsir etməsinə icazə verilməməlidir.