“Vədlərimi yerinə yetirməsəm prezidentliyə namizəd olmayacağam”-Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci prezidentlik müddəti ilə bağlı hələ qərar vermədiyini bildirib. Bütün vədlər yerinə yetirilənə qədər ikinci dəfə prezidentliyə namizədliyimlə bağlı düşünmürəm.

Bu fikri Zelenski “Xalqın xidmətçisi” fraksiyasının zirvə toplantısından sonra brifinqdə söyləyib.

Zelenski birinci müddət bitməmiş bütün vədləri yerinə yetirmək istədiyini qeyd edib. “Proqramımızın 30-35 faizini başa vurduğumuzu düşünürəm. Ancaq bütün gücümüzlə işləməsək, vədlərin hamısının yerinə yetirilməsinə vaxtımız olmayacaq”, – deyə Volodimir Zelenski əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gələcək –

Sonrakı məqalə

İranın XİN başçısı Azərbaycanla münasibətlərdə yaranmış gərginliklə bağlı açıqlama verib