İranda prezident seçkilərində kimin qalib gəldiyi artıq məlumdur.
Azpost.info bildirir ki, bu barədə İranın hazırkı prezidenti Həsən Ruhani TV-də bəyan edib.
Ruhani yeni sələfini təbrik etsə də adını çəkməyib: “Xalqın seçdiyini təbrik edirəm. Rəsmi açıqlama olmadığı üçün mən rəsmi təbriki bir qədər sonra edəcəyəm. Aydındır ki, seçkidə kim qalıb gəlib”.
Yeni prezident 45 gündən sonra səlahiyyətlərinin icrasına başlayacaq.
İran KİV-ləri bildirir ki, mühafizəkar namizəd İbrahim Rəisi seçkilərdə qalib gəlib. Onun rəqibi olan islahatçı namizəd Əbdülnasir Həmmati və digər namizəd Möhsün Rezai onu qələbə münasibətilə artıq təbrik ediblər.