İranın yeni prezidenti Paşinyanla görüşdü:"Sülhün qorunması Tehran üçün mühümdür”

“İran regiondakı ölkələr arasında sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün öz töhfələrini verəcək. Gərginlik və münaqişə tərəflərin heç birinə xeyir vermir”.

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu sözləri İranın yeni prezidenti Rəisi Ermənistanın baş naziri Paşinyanı qəbul edərkən bildirib.

Rəisi deyib ki, regionda sülhün qorunması Tehran üçün mühüm əhəmiyyət daşıyır. “İran bütün məsələlərin dialoq yolu ilə həllinin mühüm olduğunu hesab edir”.

Rəisinin sözlərinə görə, İran Ermənistanla ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Rəisi deyib ki, Ermənistanla birgə layihələrin həyata keçirliməsini sürətləndirməyə qərarlıdır.

Paşinyan yeni prezidenti təbrik edib və deyib ki, başlanan yeni dövrdə qarşılıqlı əməkdaşlıq genişlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə parlamentinin sədri İrana səfərə gəlib

Sonrakı məqalə

Məhkəmə Vüqar Səfərlini ev dustaqlığına buraxmaqdan imtina edib