İranın yeni səfiri Azərbaycana gəlib –

FOTO
21 Avqust 2020 - 19:37

İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bu gün Astara sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana gəlib. 

APA-nın Tehran bürosunun məlumatına görə, A. Musəvini Bakıda İran səfirliyinin diplomatları və Ali  Liderin Bakıdakı nümayəndəsi Əli Əkbər Ocaqnejad qarşılayıb. Musəvi sabiq səfir Cavad Cahangirzadəni əvəz edəcək.