İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir –

FOTO
15 Sentyabr 2021 - 16:51

İrandan Ermənistana yük daşıyan avtomobillərə verilən qaimələrdə Dağlıq Qarabağ Ermənistan kimi göstərilir. 

Azpost.info bildirir ki, bununla bağlı tanınmış vəkil Aslan İsmayılov qaimənin fotosunu yayımlayıb.

Sənəd 22 avqust tarixinə aiddir: “Gördüyünüz 22 avqust tarixli nəqliyyat qaiməsində (CMR) aydın qeyd olunur ki, Təbrizdən Xankəndiyə bitum daşınır. Bitum adətən yol inşaatında işlədilir. Diqqətimi çəkən əsas məqam isə təyinat məntəqəsi kimi – STEPANAKERT, ARMENIA yazılmasıdır”.

Vəkil deyib ki, sənədin orjinal olmasına şübhə etmir. Bütün məlumatlar aydın qeyd olunub.