Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranla ABŞ arasında nüvə danışıqları yaxın günlərdə bərpa ediləcək

User 25 İyun 2022 - 22:55 (Last updated: 21 May 2025 - 20:15)
1656141092432695917_1000x669

İranın Amerika Birləşmiş Ştatları ilə 2015-ci il nüvə razılığını canlandırmaq üçün dolayı danışıqları yaxında yenidən bərpa olacaq.

Bunu şənbə günü İranın xarici işlər naziri Avropa İttifaqının baş diplomatının danışıqlarda aylardır davam edən çıxılmaz vəziyyətə son qoymaq çağırışından sonra deyib.

“Biz danışıqları önümüzdəki günlərdə bərpa etməyə hazırıq. İran üçün 2015-ci il razılığının iqtisadi faydalarınını tamamını almaq vacibdir,” -deyə xarici işlər naziri Hüseyn Əmir-Abullahian deyib. O, əlavə edib ki, Aİ-nin xarici işlər üzrə başçısı Cozep Borrellə “uzun, amma müsbət görüş” keçirib.

Razılıq mart ayında danışıqları koordinasiya edən Avropa İttifaqı Tehranla Prezident Co Bayden admnistrasiyası arasında 11 ay davam edən dolayı danışıqların ardınca razılığı imzalamaq üçün tərəfləri Vyanaya dəvət etdiyi zaman canlanmağa yaxın idi.

Ancaq danışıqlar o zamandan bəri dayandırılır, xüsusilə də Tehranın Vaşinqtona İranın elit təhlükəsizlik qüvvəsi olan İslam İnqilab Keşikçiləri Korpusunu ABŞ-ın Xarici Terror Təşkilatları siyahısından çıxarması ilə bağlı tələb burada əsas rol oynyıb.

“Bizim danışıqları önümüzdəki günlərdə bərpa edəcəyimiz və çıxılmaz vəziyyətə son qoyacağımız gözlənilir. Artıq üç ay keçib və biz işləri sürətləndirməliyik. Mən Tehran və Vaşinqtonda verilən qərara görə çox şadam,” – Borell Tehranda keçirilən mətbuat konfransında deyib.

Bir İran və bir Avropa rəsmisi Borellin səfərindən öncə Reuters-ə bildirib ki, “iki məsələ, o cümlədən sanksiyalar məsələsi həll olunmalıdır”. Ancaq İranın Xarici İşlər Nazirliyi bu şərhi nə təsdiq, nə də təkzib edib.

“Biz İranla ABŞ arasıda danışıqların son qalan məsələləri həll etmək üçün gələcək günlərdə, mənim komandamın vasitəçiliyi ilə bərpa olunması üzərində razılaşdıq,”- Borrell Twitter-də yazıb. “Gələcək günlər deyəndə, ən sürətli şəkildə, dərhal demək istəyirəm.”

2018-ci ildə ozamankı Prezident Donald Tramp İranın iqtisadi sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşdığa sazişdən geri çəkildi.

ABŞ-ın geri çəkilməsi və sanksiyaları bərpa etməsi ilə İran bir il sonra nüvə limitlərini aşmağa başladı.

Qərb liderləri narahatdırlar ki, İran istəsə nüvə bombası istehsal edə bilmək imkanına yaxınlaşır, ancaq İran niyyətinin dinc məqsəd daşıdığını deyir.

Post navigation

Previous: Bayden ABŞ-da silah təhlükəsizliyi ilə bağlı qanunu imzalayıb
Next: Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

Oxşar xəbərlər

tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.