“İranla bağlı hazırlıqlar tamamlanıb” –İsrailin müdafiə naziri

“İranla münasibətlərdə yarana biləcək istənilən ssenari üçün hazırlıqlar tamamlanıb”.

Azpost.info bildirir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Gallant bazar günü bildirib.

İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Gallant yüksək rütbəli hərbçilərlə əməliyyat vəziyyətinin qiymətləndirilməsini apardıqdan sonra açıqlama verib.

“Gallant vurğuladı ki, Müdafiə Nazirliyi İranla bağlı yarana biləcək hər hansı ssenariyə cavab vermək üçün hazırlıqları tamamlayıb”, – deyə bəyanatda vurğulanır.

İran bundan əvvəl İsrailin Dəməşqdəki konsulluğuna 7 iranlı hərbi müşavir də daxil olmaqla 13 nəfərin ölümü ilə nəticələnən hücumunun cavabsız qalmayacağına söz verib.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Antiterror əməliyyatında yaralanan leytenant Ülvi Bağırov vəfat edib