Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranla sərhəddə Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib

User 21 Sentyabr 2022 - 13:48 (Last updated: 21 May 2025 - 20:15)
iran

21 sentyabrda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin onlayn iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.

Tədbirdə İran İslam Respublikasının nümayəndə heyəti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin səyləri sayəsində Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğu və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanaraq bir çox istiqamətlərdə sürətlə inkişaf edir.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş bərpa və quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi Horadiz-Ağbənd avtomobil yolu layihəsi 59%, Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38% icra olunub.

Tədbirdə qeyd edilib ki, 2022-ci ilin 11 mart tarixində İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur.

Hər iki ölkənin rəhbərlərinin bu təşəbbüsü yeni nəqliyyat dəhlizinin açılması ilə yanaşı, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhlizin yaranmasına xidmət edir.

Mərasimdə diqqətə çatdırılıb ki, uzunluğu 112 kilometr olan Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24,5 m olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.

Təməlqoyma mərasimində yeni körpünün hər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə, nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsinə və regionun tranzit potensialının artırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Post navigation

Previous: Azərbaycanın 87 dövlət qurumu informasiya təhlükəsizliyi qaydaları hazırlayıb
Next: DYP rektorlara müraciət edib

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.