İranlı diplomat Britaniya XİN-ə çağırılıb

İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Buna səbəb Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin həftə sonu İran hakimiyyəti tərəfindən edam edilməsi olub.

Xarici işlər naziri Ceyms Kleverli bildirib ki, İran qəddar repressiyalara son qoyub xalqın qayğılarını dinləməlidir.

“Bu gün mən İranın müvəqqəti işlər vəkilini həftə sonunda şahidi olduğumuz iyrənc edamları ən sərt şəkildə pisləmək üçün çağırdım”, – deyə nazir bildirib.

Əvvəlki məqalə

İranda həbsdə olmuş qazi, xüsusi təyinatlıların sabiq zabiti vəfat edib –

Sonrakı məqalə

“Azərbaycanla əlaqələrimiz tariximizin ən yüksək səviyyəsinə çatıb” –