İraq İranla quru sərhədlərini bağladı

08 Mart 2020 - 16:20

İraq İranla beş quru sərhədini müvəqqəti olaraq bağlayıb.

Trend-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasından bildiriblər.

İranın Gömrük Administrasiyası bildirir ki, İraq dövləti sərhədlərin 1 həftə müddətinə – 15 martadək bağladığını elan edib.

Məlumata görə, İraq dövləti yeni koronavirusun yayılması ilə mübarizəni gücləndirmək və gömrüklərdə səhiyyə avadanlıqlarının artırılması məqsədilə bu addımı atıb.

Məlumatda qeyd olunur ki, İranın gömrük rəsmiləri və İraq tərəfi arasında gömrüklərin tez bir zamanda səhiyyə avadanlıqları ilə təmin olunması və nəzarətlərin gücləndirilməsi üzrə müzakirələr aparılır və İraq tərəfinə bir həftənin bir neçə gün azaldılması təklif olunub.

Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (7 mart) 5 823 nəfərin yeni koronavirusa yoluxduğunu, 145 nəfərin öldüyünü və 1 669 nəfərin sağaldığını təsdiqləyib. İranda koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər.