İraqda ABŞ hərbçilərinə silahlı hücum olub

Ötən gecə İraqın Əl-Anbar vilayətində ABŞ ordusuna məxsus maşın karvanı növbəti dəfə silahlı hücuma məruz qalıb.

İraq mətbuatı xəbər verir ki, İraqdakı ABŞ-ın hərbi bazalarına demək olar hər gün silahlı hücumlar həyata keçirilir.

Əl-Anbar vilayətindəki hadisədə ölən və yaralananlar barədə hələlik məlumat verilmir. Ümumiyyətlə, ABŞ-ın İraqdakı hərbi hissələri hücuma məruz qaldıqdan sonra itkilər barəsində heç vaxt məlumat vermirlər.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, İraqda fəaliyyət göstərən bütün siyasi təşkilatlar, eləcə də ictimaiyyət ABŞ ordusuna məxsus hərbi hissələrin ölkədən çıxarılmasını tələb edirlər. Hətta İraq parlamenti 2020-ci ilin yanvarında bu barədə qanun qəbul etdi. Parlamentdə təmsil olunan bütün siyasi partiyalar və hərəkatların dəstəyi ilə qəbul olunan qanuna görə, ölkə ərazisində digər dövlətlərə məxsus hərbi hissələr fəaliyyət göstərə bilməz. Bu məsələ ötən il İraq Prezidentinin Vaşinqtona rəsmi səfəri zamanı iki ölkə prezidenti arasında da müzakirə olunub.

Əvvəlki məqalə

Obrazları yaddaşda, səsi qulağımızda qalan sənətkar –

Sonrakı məqalə

Müdafiə nazirinin göstərişləri Quru Qoşunlarının komandir heyətinə çatdırılıb