İraqda silahlı qruplaşma İsraildəki hərbi bazaya PUA-larla hücum edib

İraq İsrailin cənubundakı Yohanten hərbi bazasına hücum edib.

Bu barədə iraqlı şiə silahlı qruplaşmaları “Telegram” kanalında bildiriblər.

“İşğala müqavimət göstərmək və xalqımızın Qəzzaya dəstəyi üçün yanaşmamızı davam etdirəcəyik. Fələstinli mülki şəxslərə, o cümlədən uşaqlar, qadınlar və qocalara qarşı törədilən qırğınlara cavab olaraq, İraq İslam Müqaviməti döyüşçüləri bazar günü pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib”, – dey qrupların bəyanatında deyilir.

Keçən həftə İraq qrupları Hayfadakı neft emalı zavoduna və İsrailin cənubundakı Eylat şəhərindəki hədəfə hücum etdiklərini bildiriblər.

Əvvəlki məqalə

Ağdaban soyqırımından 32 il ötür

Sonrakı məqalə

Bəşəriyyət üçün ən təhlükəli on xəstəlik hansılardır? –