İraqda terrorçular türk əsgərini öldürüb

27 İyul 2021 - 08:21

İraqın Hakurk bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, türkiyəli hərbçi İraqın şimalındakı “Pəncə” əməliyyatı zamanı terrorçu qruplaşmalar tərəfindən açılan atəş nəticəsində həyatını itirib.