COVID pasportu olmadan toyda pul yazdırıb çıxmaq olar? –DİN-dən cavab

“Şəxs toy zalına daxil olursa, iştirakçı hesab edilir”.

Bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev şəxslərin toy mərasiminə qatılmadan beş dəqiqəlik hədiyyəni verib çıxması ilə bağlı suala cavabında deyib.

E.Hacıyev bildirib ki, çünki şəxs müvafiq yoxlamadan keçir: “O, hədiyyəni zala qədər olan məsafədə də təqdim edə bilər. Mütləq qaydada qanunvericilik norması konkret göstərir: 50 nəfərdən 150 nəfərədək şəxslərin şənlik mərasimlərində iştirakı zamanı 18 yaşından yuxarı olan bütün şəxslər tam vaksinasiyadan keçməlidir. Pandemiya şəraitində bu normalar hər bir vətəndaş tərəfindən gözlənilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İraqda terrorçular türk əsgərini öldürüb

Sonrakı məqalə

Toyda COVID pasportu olmadan rəqs edən qonaqların cəriməsini kim ödəməlidir? –