İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani Moskvaya rəsmi səfərə gəlib.
Azpost.info xəbər verir ki, onun təyyarəsi Vnukovo-2 hava limanına enib.
Baş nazirin Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağı bildirilir. O, Putinlə logistika və enerji, eləcə də regionda təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Azpost.info
