Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsi üçün göndərilən təkliflərə Bakıdan hələ cavab almayıb.
Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vilnüsdə litvalı həmkarı Qabrielius Landsberqislə birgə keçirdiyi brifinqdə deyib.
“İrəvan Azərbaycan tərəfinə konstruktiv təkliflər göndərib və bir ay ərzində müqavilə imzalamağa hazırdır. Amma təəssüf ki, Bakıdan hələ cavab gəlməyib”, – Mirzoyan bildirib.
O qeyd edib ki, o, litvalı həmkarı ilə həm Cənubi Qafqazda, həm də onun hüdudlarından kənarda mühüm fayda verə biləcək kommunikasiyaların açılması məsələlərini müzakirə edib. Həmçinin Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında delimitasiyaya başladığını bildirib.
Azpost.info