Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazırdır” –

User 03 Mart 2023 - 08:31 (Last updated: 21 May 2025 - 20:15)
pasinyan sammit

Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır.

“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, Ermənistanın regionda sülhün bərqərar olması baxışının aspektlərindən biri Türkiyə ilə münasibətlərin tənzimlənməsidir.

“Biz ümid edirik ki, Türkiyə 90-cı illərin əvvəllərində birtərəfli qaydada bağladığı sərhədi tam açacaq”, – deyə Paşinyan bildirib.

Bununla da o, bu istiqamətdə kiçik, lakin ümidverici addımlara işarə edib.

Baş nazir xatırladıb ki, 2022-ci ilin iyulunda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri hava yükdaşımaları yaratmaq və üçüncü ölkə vətəndaşları üçün dövlətlərarası sərhədi açmaq barədə razılığa gəliblər.

Nəticədə, 2023-cü ilin yanvarında ölkələr arasında birbaşa hava yüklərinə qoyulan qadağa aradan qaldırıldı.

Baş nazir ümid edir ki, tezliklə sərhəd üçüncü ölkə vətəndaşları üçün açıq olacaq.

Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 2022-ci ildə Praqada keçirilən görüşü də xatırladıb, görüşdə tərəflər münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə ediblər.

Ermənistanın baş naziri həmçinin İrəvanın Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı operativ reaksiyası barədə məlumat verib.

O, humanitar yardım daşıyan konvoyların 30 il bağlı qalan quru sərhədindən Türkiyəyə göndərildiyini vurğulayıb.

Post navigation

Previous: Kahramanmaraşda güclü zəlzələ olub
Next: ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.