“Rusiya Ermənistandan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı statusu ilə bağlı qərar gözləyir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında XİN başçısı qeyd edib ki, İrəvnın bu məsələ ilə bağlı qərar verməsinin vaxtı çatıb.
“Yekun qərarın nə olacağının rəsmi təsdiqini gözləyirik. Çünki deyirlər ki, de-fakto donduracağıq, amma de-yure dondurmaq istəsək, KTMT-ni tərk edəcəyik. Bax, ortaya belə mənzərə çıxıb. İstərdik ki, erməni həmkarlarımız qərar versinlər”, – Lavrov deyib.
Azpost.info