Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçki keçirilir.
Seçki AMEA-nın Ümumi yığıncağında keçirilir.
AMEA-nın prezidenti vəzifəsinə əsas namizəd kimi akademik İsa Həbibbəylinin göstərildiyi bildirilir.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı bu il fevralın 14-də ərizə yazıb. AMEA-nın Ümumi yığıncağında Qərara əsasən, AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunub. (APA)