Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“İsa Qəmbər getdi, Müsavat parçalandı, Etibar getdi, AMİP dağıldı, ALP silindi” –

User 25 Aprel 2024 - 13:41 (Last updated: 21 May 2025 - 20:15)
serdar

“Əvvəlki siyasi partiyalar indi yoxdur. Müxalifət həddən artıq zəifdir. İqtidar özü də siyasi müstəvidə müxalifətlə mübarizə aparmır”.

Bu sözləri Azpost.info-ya müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətdaxili əməkdaşlıq perspektivlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırda partiyalar arasındakı münasibətlər birmənalı deyil: “Məsələn, özünü radikal adlandıran qüvvələr var ki, onlar hakimiyyətlə dialoqda olan partiyalara az qala düşmən münasibəti göstərirlər. Ona görə də müxalifət partiyalarının əməkdaşlığı barədə vəziyyət o qədər də ürəkaçan deyil”.

ADP sədri siyasi partiyaların güclü olmasının bir sra şərtlərdən asılı olduğunu vurğulayıb: “Müxalifətin güclənməsi ölkədəki çoxpartiyalı siyasi sistemin yaradılması ilə əlaqədardır. Elə bir sistem isə yoxdur. Nə Konstitusiyada çoxpartiyalı siyasi sistem təsbit olunur, nə də ölkədəki seçki qanunu və digər proseslər partiyaların inkişafına imkan yaradır. Partiyalar bu gün öz mövcudluqlarını saxlamaq uğrunda mübarizə aparmaqla məşğuldurlar. Proporsional seçki sistemi olsaydı, vətəndaşların partiyaların işində iştirak etməyə marağı olardı”.

S.Cəlaloğlu “partiyalara yeni simalar başılıq etməlidir” çağırışını da məqbul saymır: “Əgər liderlərin rəhbərlikdən getməsi inkişafa səbəb olsaydı, təşkilatın güclənməsinə səbəb olmuş olsaydı, o zaman iradlarda haqlı ola bilərdilər. Amma ortalıqda çox pis təcrübə var ki, bir neçə partiyanın lideri sədrlikdən gedəndən sonra həmin partiya dağılıb, zəifləyib, siyasi səhnədən yox olub. Məsələn, İsa Qəmbərin getməsi ilə Müsavat Partiyası demək olar ki, parçalandı, dağıldı, Etibar Məmmədovun getməsi ilə Azərbaycan Milli İstiqlal Partiyası dağıldı, Lalə Şövkətin getməsi ilə isə Azərbaycan Liberal Partiyası ümumiyyətlə, siyasi səhnədən silindi. Demək istəyirəm ki, liderlərin sədrlikdən getməsinin acı nəticələri gözümüzün qabağında ola-ola bu ideyanı gündəmə gətirmək düz deyil”.

Azpost.info

 

Post navigation

Previous: Ermənistanda Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıblar
Next: Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq  sitrus...
Read more about LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır? Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.