“İşdə məhəbbət macərası” filmində baş rolun ifaçısı vəfat edib

18 Fevral 2021 - 11:40

Rusiyanın Xalq artisti, tanınmış sovet-rus aktyoru Andrey Vasilyeviç Myaqkov 82 yaşında vəfat edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, Andrey Myaqkov “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (Lukaşin), “İşdə məhəbbət macərası” (Novoselsev), “Qaraj” (Xvostov) və s. filmlərdə çəkilib.