“Arif Hacılı karantin qaydalarını pozub” –DİN

Daxili İşlər Nazirliyi (DİN) Müsavat başqanı Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Arif Hacılı polis orqanlarına dəvət edilməyib: “Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında polisə dəvət olunduğunu yazıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşdə məhəbbət macərası” filmində baş rolun ifaçısı vəfat edib

Sonrakı məqalə

Avropa İttifaqı və Azərbaycan növbəti 7 il üçün əməkdaşlıq barədə müzakirələrə başlayır