“İşdən çıxmaq üçün ərizə vermişəm” –

TƏBİB-in sədri Ramin Bayramlı istefa verib
12 Sentyabr 2021 - 10:20

“Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm”.

Bu barədə Ramin Bayramlı Tvitter hesabında yazıb.

O bildirib ki, istər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirirəm, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm:

“Bundan sonra da Vətənimə və xalqıma xidmətini davam etdirəcəyəm”.