İsfahan üzərində İsrail PUA-ları vurulub, Təbrizdə partlayış səsi eşidilib –İranda nə baş verir?

Təbrizdə partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemini işə salınıb.

Azpost.info bildirir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Təbrizin Vadi-e-Təbriz rayonunda şübhəli uçan obyekt müəyyən edilib.

İranın dövlət televiziyası İRİB isə İsfahan vilayətinin hava məkanında bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib.

İRİB-in məlumatına görə, İsfahan şəhərində heç bir nüvə obyekti və ya nüvə obyektləri hədəfə alınmayıb.

“Mehr” xəbər agentliyinin məlumatına görə isə İsfahan səmasında 3 kiçik pilotsuz təyyarə vurulub.

Agentlik bildirir ki, səhər saat 4.00-da İsfahanın şimal və cənubunda partlayış səsləri eşidilib.

Tehran, İsfahan, Şiraz və İranın qərb, şimal-qərb və cənub-qərb bölgələrinə bütün uçuşlar dayandırılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.