İşğaldan azad edilmiş ərazilərində minlərlə iş yeri açılıb- Mikayıl Cabbarov

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minlərlə iş yeri açılıb və bunların böyük bir hissəsi özəl sektora aiddir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, həm nazirliyin, həm də bütünlükdə ölkənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır(trend).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.