İşğaldan azad olunmuş əraziləridə mobil rabitə xidmətinin bərpasına başlanılıb

23 Oktyabr 2020 - 10:07

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” ölkənin işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin təşkili məqsədilə LTE baza stansiyalarının quraşdırılmasına başlayıb.

Bunu “APA-Economics”ə şirkətin korporativ əlaqə şöbəsinin rəhbəri Nigar Şıxlinskayaya deyib.

Onun sözlərinə görə, artıq müxtəlif ərazilərdə bir neçə baza stansiyasının quraşdırılması başa çatdırılıb: “Məqsədimiz işğaldan azad olunan bütün əraziləri mobil rabitə xidmətləri ilə əhatə etməkdir”, – deyə N. Şıxlinskayaya qeyd edib.