“İŞİD NATO-nun Əfqanıstanda tərk etdiyi əraziləri tutur” –Lavrov

“Rusiya İŞİD terrorçu qruplaşmasının Əfqanıstanın şimalında güclənməsindən narahatdır”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu bizi narahat edir. Bir sıra rəsmi şəxslərin Kabildəki məsuliyyətsiz davranışları, NATO qoşunlarının Əfqanıstandan tələsik şəkildə çıxarılması şəraitində İŞİD-çilər fəal şəkildə Əfqanıstanın şimalında, bizə müttəfiq olan ölkələrin sərhədindəki əraziləri tutur”, – deyə Rusiya XİN başçısı bəhreynli həmkarı Abdel Latif əz-Zeyni ilə birgə mətbuat konfransında bildirib.

S. Lavrov ölkəsinin Mərkəzi Asiya dövlətlərinin etibarlı müdafiəsi üçün bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında məsləhətləşmələr apardığını söyləyib: “Biz həm ikitərəfli kanallarla, həm də KTMT çərçivəsində məsləhətləşmələr aparırıq ki, Mərkəzi Asiyada olan qonşularımızı bu birbaşa və çox ciddi təhlükədən etibarlı müdafiə edək”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB birgə məlumat yayıb

Sonrakı məqalə

Laçında yol qəzasında həlak olan hərbçilərə şəhid statusu veriləcək –