“”İskəndər” raketi haqqında heç nə deyə bilmərəm” –Putinin mətbuat katibi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İsgəndər M” raketlərinin Şuşada qalıqlarının tapılması barədə danışıb.

Kremlin sözçüsü jurnalistlərin “Prezident Vladimir Putinə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş öncəsi Azərbaycan tərəfinin “İsgəndər M” raketinin tapılması ilə bağlı bəyanatı haqqında məruzə olunubmu” sualına belə cavab verib: “Raket haqqında heç nə deyə bilmərəm. Bilmirəm, məlumatım yoxdur”.

Peskov bu gün Putinlə Paşinyanın ikitərəfli gündəmdə duran məsələləri, inteqrasiya proseslərini, eləcə də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarının həyata keçirilməsini müzakirə edəcəklərini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşğal zamanı dağıdılmış 63 məscidimiz bərpa olunacaq, oradan azan səsi gələcək”-

Sonrakı məqalə

Məzuniyyətdə olan hərbçimiz yanaraq öldü