İslandiyanın Reykjanes yarımadasında vulkan püskürməsi nəticəsində lava axını Qrindavik şəhərindəki evlərə çatıb.
Bu barədə BBC məlumat yayıb.
Hadisədə iki ev yanıb.
Ölkənin cənub-qərbində yerləşən vulkanın püskürməsi səhər saatlarında başlayıb.
Bölgədə fövqəladə vəziyyət elan edilib.
Qrindavik sakinləri ötən gecə təxliyə edilib.
Vəziyyətlə bağlı Qudni Yohannesson xalqa müraciət edəcək.
İslandiyada 33 aktiv vulkan sistemi var. 2021-ci ildən bəri Reykjanes yarımadasında dörd püskürmə baş verib.