İsmayıllı-Lahıc avtomobil yolu bağlanıb

Bölgəyə fasilələrlə yağan güclü yağışdan sonra İsmayıllı-Lahıc avtomobil yolunda uçqun baş verib.

Yolun dağıq ərazisindən keçən hissəsində dağlardan gələn iri qaya parçaları və daşlar, həmçinin lil qatı yolun hərəkət hissəsinə tökülüb, nəticədə avtomobillərin hər iki istiqamətdə hərəkəti tam məhdudlaşıb, bəzi avtomobillər yolda qalıb.

Nəticədə Lahıc qəsəbəsi də daxill olmaqla, bir nüçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Sözügedən əraziyə texnika və canlı qüvvə cəlb edilib, yolun təmizlənməsi üçün işlər görülür(azərtac).

Əvvəlki məqalə

“Hizbullah”la müharibə istəmirik”

Sonrakı məqalə

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək