İsmayıllıda avtomobil aşdı, 2 və 5 yaşlı uşaq xəsarət alıb

Dünən gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun İsmayıllıdan keçən hissəsində avtomobil qəzası baş verib.

Hadisə İsmayıllı rayonunun Buynuz kənd ərazisində baş verib.

Hadisə nəticəsində Oğuz rayon Padar kənd sakini 1995-ci il təvəllüdlü Qədirli Cavad Qədir oğlunun idarə etdiyi “Opel” markalı avtomobil aşıb. Avtomobildə olan ailə üzvlərindən 2018-ci il təvəllüdlü Qədirli Arda Cavad oğlu və 2021-ci il təvəllüdlü Qədirli Adəm Cavad oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlk yardım göstərilən azyaşlıların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Putin helikopterlə Ukraynaya gəldi –

Sonrakı məqalə

FHN Novruz bayramı ilə əlaqədar yenidən əhaliyə müraciət edib