Putin helikopterlə Ukraynaya gəldi –Mariupolda sakinlərlə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Mariupola işgüzar səfərə gedib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin şəhərin bir sıra obyektlərinə gedib, yerli sakinlərlə görüşüb.

Onun Mariupola helikopterlə getdiyi qeyd olunub.

Səfər zamanı Baş nazirin müavini Marat Xusnullin şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gedişi barədə Rusiya liderinə ətraflı məlumat verib.

Mariupol — Ukraynanın Donetsk vilayətində şəhərdir. 2022-ci ilin may ayından Mariupol Rusiya qüvvələri tərəfindən işğal olunub.

Əvvəlki məqalə

Türkiyədə zəlzələdə həlak olanların sayı 49 mini ötüb

Sonrakı məqalə

İsmayıllıda avtomobil aşdı, 2 və 5 yaşlı uşaq xəsarət alıb