İspaniya darmadağınla qalib gəlib, Polşa vidalaşıb –AVRO-2020

AVRO-2020-nin qrup mərhələsinin son oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, öncə E qrupunda III turun iki matçı baş tutub.

İlk iki turda qələbə qazana bilməyən İspaniya millisi Slovakiyanı sınağa çəkib. Oyunun əvvəlində penaltini qaçıran Luis Enrikenin yetirmələri sonradan vurulan qollarla darmadağına sevinib. Bu, pireneyliləri qrup ikincisi edibsə, Slovakiya 3-cü yerlə kifayətlənib. Sevilyadakı qarşılaşma AVRO-2020-nin ən böyükhesablı qələbəsi, üçdən artıq top fərqinin qeydə alındığı ilk matç olub.

Qrupun lideri İsveç isə Polşa ilə görüşüb. Məhsuldar keçən görüşdə çətin qələbə qazanan skandinaviyalılar 1-ci pillənin sahibi kimi tur adlayıb. Polşalılar isə sonuncu yeri tutaraq AVRO-2020 ilə vidalaşıblar.

Qeyd edək ki, qrup mərhələsinə bu gün baş tutacaq F qrupunun iki matçı ilə yekun vurulacaq.

AVRO-2020
III tur, 23 iyun
E qrupu
20:00. Slovakiya – İspaniya – 0:5
Qollar: 
Martin Dubravka, 30 (avtoqol), Emerik Laport, 45+3, Pablo Sarabia, 56, Fernan Torres, 67, Yuray Kuçka, 71 (avtoqol)
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya. “Kartuya” stadionu

20:00. İsveç – Polşa – 3:2
Qollar: 
Emil Forsberq, 2, 59, Klasson, 90+3 – Robert Levandovski, 61, 84
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu

1 İsveç 3 2 1 0 4-2 7
2 İspaniya 3 1 2 0 6-1 5
3 Slovakiya 3 1 0 2 2-7 3
4 Polşa 3 0 2 1 4-5 2
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Sonrakı məqalə

Qara dənizdəki gərginlik araşdırılır –