Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İspaniya hökuməti “qızıl vizaların” ləğvinə qərar verdi

Orkhan Ali 09 Aprel 2024 - 17:29 (Last updated: 21 May 2025 - 20:15)
d1d966ef47662ce8e4d75468296c89b5

İspaniya Nazirlər Kabineti 2013-cü ildən mövcud olan “qızıl viza” müddəasının ləğvi barədə qərar qəbul edib.

Azpost.info xəbər verir ki, bu viza Aİ ölkələrinin vətəndaşı olmayan xarici investorlara ölkədə işləmək və yaşamaq icazəsinin verilməsini nəzərdə tuturdu.

Daşınmaz əmlaka yatırılan məbləğ 500 min avrodan az ola bilməzdi. Bu yolla investorun ailə üzvləri də İspaniyada yaşamaq hüququ əldə ediblər.

Nazirlər Kabineti son qərarını mənzil qiymətlərinin yüksəlməsinə və İspaniyada pulla imtiyazlar almaq imkanına səbəb olan daşınmaz əmlak spekulyasiyasına qarşı mübarizə aparmaq istəyi ilə əsaslandırıb.

“Qızıl vizalar” xüsusilə ABŞ və Çin vətəndaşları arasında populyar olub. 10 il ərzində bu sistemdən istifadə edərək ruslar müxtəlif illərdə aparılan əməliyyatların sayına görə əcnəbilər arasında 5-6-cı yerləri tutaraq ümumilikdə 1159 ədəd daşınmaz əmlak əldə ediblər. Buna baxmayaraq, təkcə 2023-cü ilin ilk altı ayında Rusiya vətəndaşları “qızıl viza”ya müraciət etmədən İspaniyada ümumi əsasda daşınmaz əmlak almaq üçün 2137 əməliyyat həyata keçiriblər.

Azpost.info

Post navigation

Previous: Azərbaycanla Özbəkistan komanda-qərargah təlimi keçirəcək
Next: Azərbaycanlı xanım “Forbes 30 under 30” siyahısında yer alıb

Oxşar xəbərlər

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56

xƏBƏR

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa...
Read more about Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.