İspaniya Səhiyyə Nazirliyi Oxford Universiteti və “AstraZeneca” tərəfindən birgə hazırlanan koronavirusa qarşı peyvəndin yalnız 18-55 yaş qrupu üçün istifadəsinə icazə verilib.
Bu barədə “El Pais” qəzeti məlumat dərc edib.
Bildirilib ki, səlahiyyətli orqanların qərarına əsasən, “AstraZeneca” peyvəndi ilk olaraq tibbi-sosial işçilərə vurulacaq.
Qeyd edək ki, peyvəndlərin ilk dozalarının həftəsonu İspaniyaya gəlməsi gözlənilir.
İspaniyada peyvənd kampaniyası keçən il dekabrın 27-dən başlayıb.
İndiyə qədər ölkədə “Pfizer”-“BioNTech” və “Moderna” peyvəndlərdən istifadə olunurdu.
Xatırladaq ki, İspaniyada hazırda 2.94 milyondan çox təsdiqlənmiş virusa yoluxma hadisəsi qeydə alınıb. 61,3 min insan pandemiyanın qurbanı olub.