Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İsrail Baydenin Qəzzaya humanitar yardımla bağlı xahişini qəbul edib

User 18 Oktyabr 2023 - 20:13 (Last updated: 21 May 2025 - 20:15)
AP23291320098107

HAMAS Fələstin xalqını təmsil etmir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden İsrailə səfərinin yekunlarına dair mətbuat açıqlamasında bildirib.

Onun sözlərinə görə, HAMAS Qəzzadakı günahsız insanlardan, ailələrdən qalxan kimi istifadə edir. Bayden əlavə edib ki, HAMAS-ın silahları, qərargahları və kommunikasiya kanalları mülki əhalinin yaşadığı ərazilərdədir.

ABŞ lideri fələstinlilərin çox əziyyət çəkdiklərini vurğulayıb: “Biz digər ölkələr kimi, günahsız fələstinlilərin itkilərinə görə dərindən kədərlənirik. Dünən Qəzzada xəstəxanada partlayış nəticəsində çox saylı insan tələfatı xəbərindən dərindən sarsıldım, qəzəbləndim. Bugünkü məlumatlara əsasən, məlum olur ki, xəstəxana Fələstindəki terrorçu təşkilat tərəfindən vurulub”.

O qeyd edib ki, ABŞ bütün münaqişələrdə mülki əhalinin qorunmasına dair yanaşmanı qətiyyətlə dəstəkləyir: “Qəzzada əhalinin dərmanlara, suya, ərzağa, sığınacağa ehtiyacı var. Mən bu gün İsrail hökumət kabineti ilə görüşümdə də xahiş etdim ki, həyati vacib humanitar yardımın Qəzaya çatdırılmasına şərait yaradılsın. İzləyəcəyik və əmin olacağıq ki, bu yardım HAMAS-a deyil, mülki əhaliyə gedəcək. İsrail razılıq verdi ki, Misirdən Qəzzaya humanitar yardımın gətirilməsinə başlana bilər. BMT və digər təşkilatlar Misir hökuməti ilə yaxından işləyəcək ki, bu yardımı daşıyan yük maşınları mümkün qədər tez əraziyə çatsın. Mən eyni zamanda, İsrail tərəfinə bildirdim ki, beynəlxalq ictimaiyyət BQXK-nin girovlara baş çəkməsini tələb edir”.

Bayden onu da bildirib ki, Qəzza və İordan çayın Qərb sahilinə humanitar yardım məqsədilə ABŞ dövlət büdcəsindən 100 milyon dollar ayrılacaq.

Post navigation

Previous: ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib
Next: Prezident İlham Əliyevlə çox fəxr edirəm

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.